Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

13 Ara 19:40Hadisə

Mühafizə olunan ərazidə kol bitkilərinin məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayının mühafizə zolağında yulğun kollarının kəsilərək məhv edilməsi ilə bağlı Sabirabad rayon prokurorluğuna daxil olmuş material əsasında araşdırma aparılıb.

Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla Dəllər kəndinin bir neçə sakininin qabaqcadan əlbir olan bir qrup şəxs halında noyabrın 24-də Kür çayının mühafizə zolağına gələrək özləri ilə gətirdikləri baltalarla ərazidə olan 47 ədəd yulğun kolunu kəsərək təbiətə ümumilikdə 3 min 760 manat məbləğində maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3-cü (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Sabirabad Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılıb.

Hazırda istintaq davam edir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır