Xəbər Lenti
Atasızlığın rəsmi...
23-09-2021, 17:00

Atasızlığın rəsmi...

Atasızlığın rəsmi...
23-09-2021, 10:55

Atasızlığın rəsmi...

12 avq 11:56Gündəm / Şou

Kirkorov Xalq artisti olduğu ölkəyə üç il gedə bilməyəcək

Məşhur rusiyalı müğənni Filipp Kirkorovun Ukraynaya nə qədər müddətdə gedə bilməyəcəyi məlum olub.
Merhemet.Tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Təhlükəsizlik Xidməti yayıb. Bildirilir ki, sənətçinin ölkəyə girişinə 3 illik qadağa qoyulub. Buna səbəb müğənninin Ukraynanın milli təhlükəsizliyinə təhdid olaraq göstərilməsidir:
“Ukraynanın milli təhlükəsizliyini təmin etmək məqsədilə ölkənin Təhlükəsizlik Xidməti 2021-ci ilin iyunun 7-sindən etibarən Filipp Kirkorovun 3 il müddətinə ölkəyə gəlişinə qadağa qoyulması barədə qərar qəbul edib”, - deyə məlumatda qeyd olunub. 
Xatırladaq ki, Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi bir neçə mədəniyyət sahəsinin nümayəndələrini ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan şəxslər siyahısına salır. Bu siyahı müntəzəm olaraq yenilənir və siyahıya Rusiyadan bir neçə artist daxil edilib.
Kirkorov 2008-ci ildə ölkənin keçmiş Prezidenti Viktor Yuşenko tərəfindən Ukraynanın Xalq artisti fəxri adına layiq görülüb.