Xəbər Lenti
Dün, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 11:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
29 Ağu 06:53Hadisə
Sabunçuda və Nərimanovda yanğın baş verib

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin mətbəxində 1 ədəd paltaryuyan, 1 ədəd qaz sobası, və mətbəx mebeli 1 p.m yanıb.
Trend Fövqəladə Hallar Naziriliyinə istinadən xəbər verir ki, ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan iki otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan, 1 ədəd aspirator, 1 ədəd soyuducu qismən və mətbəx mebeli 2 p.m yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.























































