Xəbər Lenti
25-11-2026, 07:17
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
25-11-2026, 06:57
İranda saxta içkidən kütləvi zəhərlənmə - 8 nəfər öldü, 164 nəfər xəstəxanalıq oldu
26 Eyl 06:55Hadisə
Bakıda partlayış zamanı ağır xəsarət alan 21 yaşlı gənc ölüb
Bakının Sabunçu rayonunda salfet istehsal edən sexdə partlayış zamanı ağır xəsarət alan 21 yaşlı gənc ölüb.
"Report"un məlumatına görə, hadisə bir neçə gün əvvəl Zabrat qəsəbəsində baş verib.
Partlayış zamanı 2002-ci il təvəllüdlü Həsənov Nahid Mehman oğlu yanıq xəsarətləri alıb. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.























































