Menu
Xəbər Lenti
Aktrisalığa qayıda bilər
22-08-2026, 10:52

Aktrisalığa qayıda bilər

Sabah 36 dərəcə isti olacaq
20-08-2026, 10:55

Sabah 36 dərəcə isti olacaq

09 Ock 20:18Hadisə

Biləcəridə oğurluqla məşğul olan şəxsdən heroin aşkarlanıb

Binəqədi rayonunda bir nəfərdən və iki avtomobildən mobil telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 6-cı polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində bir nəfərdən və iki avtomobildən mobil telefon oğurlamaqda, bir nəfərə qarşı isə dələduzluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Qulam Qulamov saxlanılıb.

Şəxsi axtarış zamanı onda heroin aşkarlanıb.

Araşdırmalarla həmin şəxsin ötən il dekabrın 27-də saat 2 radələrində Biləcəri qəsəbəsi ərazisində sərnişini olduğu “Khazar” markalı avtomobilin sürücüsünün 65 manatını və mobil telefonunu quldurluq yolu ilə talaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.