Menu
Xəbər Lenti
Kobaxidze Bakıdadır
18-05-2026, 09:41

Kobaxidze Bakıdadır

Vüqar Qurbanova ağır itki
18-05-2026, 09:21

Vüqar Qurbanova ağır itki

02 Ara 02:59İdman

Çağırış kuboku yarışı: “Murov” klubu Niderland təmsilçisinə məğlub olub

Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış kuboku yarışında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, komandamız səfərdə səkkizdəbir final mərhələsinin ilk oyununda Niderland təmsilçisi “Orion”la üz-üzə gəlib. Görüş rəqib komandanın 3:1 (29:27, 19:25, 25:12, 25:19) hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab görüşü dekabrın 15-də Bakıda olacaq.

Qeyd edək ki, “Murov” 1/32 finalda Xorvatiyanın “Kitro Varazdin”, növbəti mərhələdə isə Avstriyanın “UVC Qraz” komandasını mübarizədən kənarlaşdırıb.