Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

11 Kas 08:27Manşet / Gündəm

Nazir: “Qarabağa kitab mədəniyyətinin qaytarılmasında hər bir vətəndaşın dəstəyinə ehtiyac var”

 

“30 illik işğal dövründə işğal altında olan kitabxanalarımız, kitab fondumuz ermənilər tərəfindən ciddi zədələrə məruz qalıb”.

APA xəbər verir ki, bunu 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışında mədəniyyət naziri Adil Kərimli deyib.

“Ümumilikdə 927 kitabxana, 5000-ə yaxın kitab fondumuz işğal altında olan zaman Qarabağda tamamilə məhv edilib”, - deyə nazir bildirib.

Adil Kərimli Qarabağa kitab mədəniyyətinin qaytarılmasında hər bir vətəndaşın dəstəyinə ehtiyac olduğunu əlavə edib.

Nazir deyib ki, kitab sənayesinin dəstəklənməsi üçün Azərbaycan dövləti çoxşaxəli fəaliyyət həyata keçirməkdədir.

“Bu istiqamətdə naşirlərlə görüşlərin keçirilməsi, kağızın idxalının, istehsalının ƏDV-dən azad olunması buna bir nümunədir”, - deyə nazir əlavə edib.

Adil Kərimli Azərbaycanın bu cür beynəlxalq sərgilərin təşkilatçısı kimi nümunəvi dövlətlərdən biri olduğunu vurğulayıb:

“Bütün bunlar gənc nəslin formalaşmasında, kitaba sevgisinin yaranmasında ciddi təkanverici vasitələrdir”.

Bizimlə əlaqə saxlayın