Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Putin qələbəyə hazırlaşır - Gözlənilməz AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putin ABŞ-də yeni yardımın ayrılması ilə bağlı qərarın ləngiməsi və Avropa İttifaqının (Aİ) Ukraynanı silah satın alması üçün maddi vəsaitlə dəstəkləməyə davam edə bilməməsi səbəbindən yenidən bu ölkəyə qarşı müharibədə qələbəni qeyd etmək planlarına qayıda bilər.
Bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Brüsseldə jurnalistlərə bildirib.
“Putin yarımçıq qoyduğu qələbə günü ilə bağlı planların tozunu silməyə hazırlaşır. Çünki Vaşinqtondakı müzakirələri, Avropanın Ukraynaya hərbi dəstək vermək məsələsində irəli gedə bilməməsini və cəbhədə ukraynalılara təzyiqlərin artmasını gördükdən sonra, məncə, məmnuniyyətlə yenidən planlaşdırmağa başlaya bilər”, - deyə Landsberqis bildirib.
Litvanın XİN rəhbəri onu da qeyd edib ki, hazırkı vəziyyətdə Rusiya ilə danışıqlar Ukraynanın əleyhinə olacaq.
“İstənilən növ atəşkəs və ya danışıqlar Moskvada qələbə gününə gətirib çıxaracaq. Putin bunu açıq şəkildə təkid edir. Elə bir gün gələ bilər ki, ukraynalılar bizim onları silahla təmin edə bilmədiyimiz üçün daha döyüşməyə bilərlər. Bu yolla Putinin qələbəsini təbliğ edirik. Açıq olmalıyıq, “qızıl orta” yoxdur. Atəşkəs olarsa, bu, Putinin qələbəsi olacaq”, - deyə o, əlavə edib.
Mənbə: Oxu.az






















































