Salim bin Məhəmməd əl-Malik: “Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir”
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
Baş nazir: “Bakı və Ankaranın birgə layihələri Avropa ilə Asiya arasında dəhlizin yaradılmasında rol oynayır”
DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib
Bakıda bayram günü yeniyetmələr üç avtomobilə zərər vurub birini qaçırdılar
Yanvarın 1-də saat 12 radələrində paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onların təmiri sexində olan “Mercedes” və “Toyota” markalı avtomobilləri əzmələri və şüşələrini sındırmaları, habelə “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.