Xəbər Lenti
10-04-2026, 10:24
Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Nazir: “Azərbaycan 2028-ci ilədək enerji ehtiyaclarının 30%-ini bərpa olunan mənbələrdən təmin edəcək”
“Azərbaycan bərpaolunan mənbələrdən enerji ehtiyaclarının 30%-ini təmin etmək məqsədinə 2028-ci ilə qədər çata bilər”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və qarşıdakı yol” adlı paneldə deyib.
“Azərbaycan 2030-cu ilə qədər enerji ehtiyaclarının 30%-ni bərpa olunan mənbələrdən əldə etməyi qarşıya məqsəd qoyub. Bu məqsəd üzrə artıq xeyli irəlidəyik. Bu templə davam edərsək, hədəfimizə daha tez - 2028-ci ilə qədər nail ola bilərik”, - deyə nazir qeyd edib.























































