Menu
Xəbər Lenti
Bakıda ev yanıb
27-04-2024, 09:30

Bakıda ev yanıb

Növbəti qələbəmiz
26-04-2024, 19:38

Növbəti qələbəmiz

18 Ock 13:10Manşet / Siyasət

Sergey Lavrov: “SSRİ Baş Qərargahının xəritələri hansısa yolla Avropa İttifaqının əlinə keçib”

“Razılaşmaya baxmayaraq, Moskva Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların işinə dəvət edilmir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov 2023-cü ildə ölkə diplomatiyasının yekunlarına dair mətbuat konfransı zamanı deyib.
“Biz öz xidmətlərimizi təklif etdik, üstəlik, tərəflər müqavilə imzaladılar ki, delimitasiya komissiyası yaradırlar, orada Rusiya tərəfi məsləhətçi qismində iştirak edəcək. Bizi oraya dəvət etmirlər”, - deyə o qeyd edib.
Nazir Avropa Şurasının rəhbəri Şarl Mişelin delimitasiya ilə Avropa İttifaqının məşğul olacağı barədə bəyanatına diqqət çəkib və nə Ermənistan, nə də Azərbaycanın Aİ-nin indiki çərçivəsində heç vaxt birliyin üzvü olmadığını vurğulayıb.
“Ona görə də Avropa İttifaqının heç bir xəritəsi ola bilməz. Rusiyanın xəritələri var və bu, tərəflər üçün münasib olsa da, sərhədi xaricdən delimitasiya etmək istəyən Aİ və ABŞ-yə uyğun deyil. Hansısa yolla onların əlinə SSRİ Baş Qərargahının xəritələri keçib. Ona görə də deyirlər ki, sizə ruslar lazım deyil, xəritələr bizdə var. Bir az qəribə görünür, yetkin insanlardırlar, amma “kim əsasdır” və “beynəlxalq arenada kim özünə əlavə xal qazana bilər” oyunu oynayırlar”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
Mənbə: Oxu.az