“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Başın sağ olsun, Türkiyə! - Əsrin fəlakətindən bir il keçir
2023-cü ilin fevralın 6-da Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələdən bir il ötür.
Zəlzələ nəticəsində 53 mindən çox insan həyatını itirib.
Zəlzələ 11 vilayət, 124 rayon, 7 000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olub, 14 milyon insan təbii fəlakətdən birbaşa zərər çəkib.
Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından etibarən azərbaycanlı xilasedicilər zəlzələ bölgəsinə ezam olundular. Eyni zamanda, Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərildi.
Zəlzələdən zərər çəkmiş Türkiyəyə Azərbaycan dövlətinin yardımına bu bir il ərzində fasilə verilməyib. Hazırda Türkiyənin Kahramanmaraş şəhərində inşası davam edən Azərbaycan məhəlləsində işlər sürətlə davam etdirilir.
Qeyd olunur ki, ərazidə 2 mindən çox yaşayış binası yerləşəcək ki, bunun da vəsaiti Azərbaycan dövləti tərəfindən təmin ediləcək.



















































