Botanika İnstitutunun alimləri Şərqi Zəngəzur icmalarına biomüxtəlifliyi tanıtmaq üçün dəyirmi masa keçirib
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir
Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
Türkiyə səfiri: “Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir”
“Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Qlobal Sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz” mövzusunda keçirilən beynəlxalq paneldə deyib.
Səfir regionda və qlobal miqyasda yaranmış yeni reallıqlardan da söz açıb: “Yeni reallıq ondan ibarətdir ki, qlobal miqyasda etibar sarsılıb, qlobal aktorlar regional məsələlərə öz məcralarından baxırlar. Qlobal idarəetmə sistemi reformasiya edilməlidir. Qlobal mexanizmlər problemlərin həlli istiqamətində lazımi avadanlıqlara sahib deyillər. Tarixə baxanda da görürük ki, qlobal mexanizmlər nə Qarabağda, nə Fələstində, nə Şimali Kiprdə ədaləti bərpa edə bilib”.
Diplomat vurğulayıb ki, mövcud olduğumuz region bizə rəqabətdən daha çox, əməkdaşlığa meyil etməli olduğumuzu göstərir: “Türkiyə başda Cənubi Qafqaz olmaqla Fələstin və Ukraynada da daimi sülhün bərqərar edilməsi üçün əlindən gələni edir. Xəzər keçidli Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir. Bölgədə təşkil ediləcək sülhün böyük işlərin görülməsinə zəmin yaradacağına əminik. Zəngəzur dəhlizinin regional əlaqələri inkişaf etdirəcəyinə inanırıq”.