Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
“Böyük Dəbilqə”: Azərbaycanın daha səkkiz cüdoçusu mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha səkkiz cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq.
Oxu.Az xəbər verir ki, yarışın sonuncu günündə Nigar Süleymanova (+78 kq), Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov (hamısı 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Böyük Dəbilqə
Nigar Süleymanova (+78 kq) - İdalis Ortis (Kuba): 1/16 final
Murad Fətiyev (90 kq) - Sami Çuçi (Belçika): 1/16 final
Elcan Hacıyev (90 kq) - Bakar Eraşvili (Gürcüstan): 1/32 final
Vüqar Talıbov (90 kq) - Yeqor Varapayev (AIN): 1/16 final
Zelim Kotsoyev (100 kq) - Daniel Mukete (AIN): 1/16 final
Əjdər Bağırov (100 kq) - 1/16 finalda rəqibini gözləyir
Camal Qamzatxanov (+100 kq) - Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 final
Kənan Nəsibov (+100 kq) - Vuhyeok Son (Cənubi Koreya): 1/16 final.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.






















































