Menu
Xəbər Lenti
Aktrisalığa qayıda bilər
22-08-2026, 10:52

Aktrisalığa qayıda bilər

Sabah 36 dərəcə isti olacaq
20-08-2026, 10:55

Sabah 36 dərəcə isti olacaq

27 Şub 11:28Manşet / Gündəm

Almaniya investorları Azərbaycana sərmayə qoymağa dəvət edilib

 

“Azərbaycan Almaniya investorlarını ölkəyə sərmayə qoymağa dəvət edib”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Almaniyanın Şərqi Biznes Assosiasiyası”nın (“Ost-Ausschuss der Deutschen Wirtschaft”) idarəedici direktoru Mixael Harms və ölkəmizdə səfərdə olan Almaniya şirkətlərinin təmsilçiləri ilə görüşdə Azərbaycanın biznes mühiti, xarici investorlar üçün yaradılmış imkanlar barədə danışdıq və onları bu fürsətlərdən yararlanmağa dəvət etdik. İnvestisiya əlaqələrini gücləndirmək və daha çox birgə layihələr həyata keçirmək barədə perspektivləri dəyərləndirdik”, - deyə o qeyd edib.