Xəbər Lenti
4-05-2024, 18:17
Elmar Hüseynov: “Hələ də müharibə veteranı statusunu ala bilməyən döyüşçülərimiz var
4-05-2024, 10:48
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI
3-05-2024, 13:12
"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham (FOTO/VİDEO)
2-05-2024, 09:41
Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır”
Havada toz müşahidə olunur
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı normadan 1,6 dəfə artıqdır.
“Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz-dumanıdır.
Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”.