Gənc istedad Əhməd Məmmədov: “Hədəfim Azərbaycanı dünya birinciliyində təmsil etməkdir”
“Daş qartal əfsanəsi – əfsanələşən qəhrəmanlıq” - XTQ-nin şəhid giziri Vidadi Nizami oğlu Zalov
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
İsrail Səfirliyi Bakı Caz Festivalı 2025-də mədəni əlaqələrin gücünü nümayiş etdirdi
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
Stoltenberqin Ermənistanla bağlı bəyanatı Paşinyanı narazı salıb
“NATO-nun baş katibi Yens Stoltenberq Ermənistanla, o cümlədən Ukrayna məsələsində həmrəyliklə bağlı bəyanatları əlaqələndirməyə borclu deyil”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə müxalifətçi deputat Aqnessa Hamoyanın sualını cavablandırarkən deyib.
“Heç bir təcrübə yoxdur ki, səfərlər zamanı bəyanatlar razılaşdırılsın. Cənab Stoltenberqin Ukrayna ilə həmrəyliyimiz barədə açıq şəkildə söylədiklərini insanlar müxtəlif qiymətləndirə bilərlər. Bu gərgin vəziyyətdə müxtəlif tərəflərdən məmurlar peyda olub, onların adından qarşı tərəf üçün xoşagəlməz bəyanatlar verə bilərlər”, - Paşinyan cavab verib.
Ermənistanın baş naziri əlavə edib ki, ölkə Ukraynaya silah satmayıb və üstəlik, Paşinyan həm NATO-nun, həm də Rusiyanın Ermənistan əleyhinə bəyanatlar verdiyini iddia edib.
Mənbə: TASS






















































