Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
31-05-2025, 11:31

Xəzərdə zəlzələ oldu

Sabah 36 dərəcə isti olacaq
31-05-2025, 11:21

Sabah 36 dərəcə isti olacaq

Saleh Səmədov həbs edildi
31-05-2025, 11:17

Saleh Səmədov həbs edildi

Tramp onları əfv etdi
30-05-2025, 06:32

Tramp onları əfv etdi

06 Nis 08:52Manşet / Gündəm

İnsan sağlamlığı üçün təhlükə yaradan dərmanlar - Professordan XƏBƏRDARLIQ

 

Son zamanlar sosial şəbəkələrdə boyuzadıcı dərmanlar reklam olunur. Bu dərmanlar xüsusilə bəstəboy insanların diqqətini çəkir. Çünki bəstəboy insanların çoxu xüsusilə bu dərmanlara ümid bəsləyirlər. Odur ki, bəzi insanlar həkim məsləhəti olmadan, reseptsiz, hətta apteklərdə belə satışı olmayan bu dərmanları sifarişlə alıb istifadə edirlər. Bəs bunları istifadə etmək nə dərəcədə doğrudur? Bu dərmanları həkim məsləhəti olmadan qəbul etmək gələcəkdə nə kimi problemlər yarada bilər?

Xezerxeber.az-ın məlumatına görə, həkimlər bu cür dərmanların boy uzatmadığını deyirlər.

Professor Adil Qeybulla bu preparatların tibbi göstəriş olmadan qəbulundan sonra insan orqanizmində, xüsusilə də hormonlarda ciddi fəsadlar yaranacağını və bədənin qeyri-mütənasib böyüməsinin baş verə biləcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, insan orqanizmində təxminən 17-18 yaşdan etibarən insanların boy uzanma prosesi dayanır. Bundan sonra boyu hər hansısa dərmanlarla deyil, tibbi olaraq yalnız əməliyyatla uzatmaq mümkündür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizimlə əlaqə saxlayın