Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
KİV: Netanyahu yeraltı bunkerdə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirir
İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
Azərbaycanın Quba rayonuna eko-tur təşkil olunub

Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil-2 fakültəsinin 118a,b 121b, 127a,b və Tərcümə fakültəsinin 230a və 249c qrup tələbələrinə Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Sevda Tağıyeva və dosent Şükufə Cabarovanın rəhbərliyi və Pakistan Səfirliyinin təcrübəçisi Vüsal Hümbətzadənin iştirakı ilə Quba rayonuna eko-tur təşkil olunub.
Təşkil olunan tur Qubanın Qəçrəş və Təngəaltı istirahət zonalarında aparılıb. Eko-tur zamanı tur rəhbərləri və tələbələr arasında ekologiyanın çirkləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Daha sonra Quba Soyqırımı Memorial Kompleks muzeyinə ekskursiya edilib.
Muzeydə 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə anılıb.























































