Xəbər Lenti
Bugün, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
Təyyarənin mühərrikinə düşüb öldü
Amsterdamın Schiphol hava limanından qalxmaq üzrə olan KLM təyyarəsinin mühərrikinə düşən bir nəfər ölüb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən gün Danimarkanın Billund şəhərinə uçmağa hazırlaşan KL1341 reysində qeydə alınıb.
Aviaşirkət hadisəni görən sərnişinlər və ekipaj üçün psixoloji dəstək verməyə başlayıb.
Ölən şəxsin şəxsiyyəti hələ ki müəyyən edilməyib və bunun qəza və ya intihar olduğu bilinmir.
Hadisə ilə əlaqədar Niderland hərbi polisi araşdırmaya başlayıb.
Qeyd edək ki, oxşar hadisə ötən il ABŞ-nin Texas ştatının San Antonio şəhərində baş verib. 27 yaşlı hava limanının əməkdaşı “Delta” sərnişin təyyarəsinin mühərrikinə sovrularaq həyatını itirib.