Dispetçer: Qroznı səmasında “Xalça” rejimi AZAL-ın təyyarəsinə atəş açılandan sonra tətbiq edilib
Politoloq Ramazan Bağırov "jurnalist"-ə dərs verdi. Quru sərhədlərin bağlı qalması bir təhlükədir
Botanika İnstitutunun əməkdaşları Qarabağın aran ərazilərində tədqiqatlar aparıblar
AR ETN Botanika İnstitutunun Etnobotanika şöbəsinin əməkdaşlarının iştirakı ilə Qarabağın aran ərazilərindən olan Bərdə və Ağcabədi rayonlarında ekspedisiya həyata keçirilib.
Ekspadisiyanın məqsədi sözügedən rayonlarda flora müxtəlifliyinin tədqiqi, bitkiliyin araşdırılması, fitosenoloji təsvirin verilməsi və perspektivli növlərin resurs potensialının qiymətləndirilməsi, o cümlədən, yerli əhali arasında etnobotaniki sorğuların keçirilməsi olumuşdur.
Ekspedisiya müddətində tədqiqatların aparılması üçün qarşıya qoyulmuş əsas vəzifələr öncədən seçilmiş marşrut üzrə floristik təhlilin aparılması, mövsümi vegetativ və generativ inkişaf mərhələsində olan növlərin senoloji qiymətləndirilməsi, otlaqların yem bitki bazasına daxil olan növlərin seçilməsi, etnobotaniki sorğular əsasında əraziyə məxsus faydalı bitkilərin istifadə üsullarının və istiqamətlərinin, həmçinin yerli adlarının müəyyənləşdirilməsi həyata keçirilmişdir.
Tədqiqat ərazisi üçün əsasən boz və boz-çəmən torpaqları xarakterikdir. Təbii bitki örtüyü quru bozqır və yarımsəhra tiplidir. Kür çayı sahilində arid seyrək meşə bitkilik tipinə də rast gəlinir. Ərazidə ekspedisiya zamanı rast gəlinən senozların tərkibinin ümumi lahiyə örtüyü 60-80% təşkil edir. Bu da iqlimin mülayim olması, əvvəlki illərlə müqayisədə yağışlı günlərin davam etməsi ilə izah olunur. Ərazidə heyvanların otarıldığı əsas otlaqların yovşanlı-efemerlik, yovşanlı-şoranlıq, yağtikanlı-biyanlıq olduğu müəyyən edilmişdir.
Ekspedisiya zamanı növlərin fotoşəkilləri çəkilmiş, ehtiyatın hesablanması üçün seçilmiş nümunə meydançalarında bitkilər çıxarılaraq yaş çəki hesabı ilə yerindəcə qeydlər aparılmışdır, həmçinin GPS məlumatlar toplanmışdır.
AR ETN Botanika İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi
Məhsəti Qurbanova