Xəbər Lenti
20-08-2026, 18:01
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
19-08-2026, 16:26
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
Məktəb direktorlarına xəbərdarlıq!
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məktəb rəhbərlərinə xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə bu gün keçirilən tədbirdə bildirib.
“Hazırda dövlət ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə (direktor və direktor müavini) çalışan və ya bu vəzifələrdə çalışmaq istəyən şəxslərə bildirmək istəyirəm ki, sözügedən vəzifələrə təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilərsə bu barədə bilavasitə məsuliyyət daşıyan tərəflər barədə də ölçü götürüləcək, müvafiq tədbirlər görüləcək”, - E. Bağırov qeyd edib.























































