Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Tarixçi alim və arvadı təqsirli bilindi - Amma həbs edilmədilər
Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə prokuror çıxış edib.
Prokuror ittiham nitqində təqsirləndirilən alimin və arvadının mənimsəmədə təqsirli bilinməsini, lakin onlara azadlıqdan məhrumetmə ilə bağlı cəza verilməməsini istəyib.
Azərbaycan Elmlər Akademiyasının nümayəndəsi, vəkil Orxan Zeynalov da ittihamçının təklifi ilə razılaşıb, cəzanın növünü məhkəmənin mülahizəsinə buraxıb.
Təqsirləndirilən şəxslər isə son sözlərində bəraətlərini tələb ediblər.
Hakim Azad Məcidovun sədrlik etdiyi məhkəmə heyəti müttəhimlərin heç birini həbsə göndərməyib. Hökmə əsasən, S.Hüseynov və G.İsayevaya sınaq müddəti seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.























































