Əlləri və baxışları ilə danışan məzunlar – İnternat məktəbinin duyğusal “Son zəng”i – REPORTAJ
“Zeferyolu.az”-ın rəhbəri Jalə Ağakişiqızı “Son zəng” münasibəti ilə gəncləri təbrik etdi
Prezidentin köməkçisi: Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur
Yevlax Mədəniyyətinin ilk qadın kamança ifaçısı Hüseynova Sürəyyə Hüseyn qızı ilə görüş təşkil-Foto
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"
“Bugatti” Zelenskayanın 4,5 milyonluq maşın almasını yalanladı
“Bugatti Paris” diler mərkəzi Ukraynanın birinci xanımı Yelena Zelenskayanın dünyanın ən bahalı avtomobillərindən biri olan “Bugatti Tourbillon”u alması barədə yayılan məlumatları təkzib edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, şirkət bununla bağlı açıqlama yayaraq avtomobilin alınmasına dair yayılan sənədi feyk adlandırıb.
Bildirilib ki, sözügedən sənəddə avtomobilin qiyməti düzgün göstərilməyib, eləcə də zəruri hüquqi detallar qeyd olunmayıb. Bununla yanaşı, şirkət vurğulayıb ki, heç vaxt belə bir sənədin nəşr edilməsinə icazə verməzdi.
Qeyd edək ki, iyulun 1-də “Vérité Сachée” portalı şirkətin Parisdəki diler mərkəzinin əməkdaşı olduğu iddia edilən şəxsə istinadən Yelena Zelenskayanın yeni “Bugatti Tourbillon” avtomobilini əldə etdiyini yazıb. Zelenskayanın sözügedən avtomobil üçün 4,5 milyon avro ödədiyi qeyd olunub. Portal iddia edib ki, ilk olaraq Zelenski ailəsi üçün avtomobilin nümayişi həyata keçirilib və bu tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib. “Vérité Сachée” sübut olaraq özünü “Bugatti”nin əməkdaşı kimi təqdim edən və müqaviləni təsdiqləyən bir şəxsin videosunu yayıb. “Bugatti” həmin görüntüləri də feyk adlandırıb.
Hələ ki Y.Zelenskaya məsələ ilə bağlı açıqlama verməyib.

