Xəbər Lenti
Bugün, 17:28
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
Bugün, 13:27
“Neylərəm sənsiz” – Nənə nəvənin qəlbində yaşayan əbədi sevgi. Nuray Kərimli nənəsi Məlahət xanıma ithaf edir.
Bugün, 12:12
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
Bugün, 10:42
Ağdaş Olimpiya İdman Kompleksinin direktoru Tahir Umudovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
17-06-2025, 10:02
“McDonald’s Azərbaycan” yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib
16-06-2025, 10:58
Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?
ABŞ sülh prosesini niyə sürətləndirmək istəyir? (ŞƏRH)
"ABŞ başda olmaqla Qərbin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını tezləşdirmək istəyinin arxasında Vaşinqtonun Ermənistandakı real vəziyyəti daha düzgün və hərtərəfli bilməsi dayanır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ-ın Bakı ilə İrəvan arasında sülh sazişinin tez bir zamanda imzalanmasında maraqlı olmasının səbəblərindən danışarkən deyib.
"Hazırkı erməni hakimiyyəti Azərbaycanla sülh müqaviləsi imzalamağa maraqlı görünsə də, Ermənistan daxilindəki reallıqlar Nikol Paşinyanın bu istiqamətdə qərar verməkdə çətinlik çəkdiyini göstərir. Həmçinin, prosesin uzanması digər geosiyasi qüvvələrin regionda müharibənin yenidən alovlanmasına gətirib çıxaracaq təxribatçı hərəkətlərinin gerçəkləşməsinə şərait yarada bilər. Bu baxımdan Qərb təşviq və təzyiq vasitəsilə prosesi sürətləndirmək istəyir", deyə Taleh Əliyev bildirib.

Prosesin sürətləndirilməsilə bağlı Azərbaycanın mövqeyinə gəlincə, həmsöhbətimiz deyir ki, mövqeyimiz qalib ölkə kimi açıq və aydın şəkildə ortadadır:
"Bakı sülh danışıqları üzrə 5 baza prinsipini təklif edib və danışıqlarda həmin prinsiplər ətrafında müzakirələr aparılır. Azərbaycan Qarabağda yaşayıb oranı könüllü tərk etmiş ermənilərlə paralel Ermənistandakı ata-baba yurdlarından zorla qovulan Qərbi azərbaycanlı soydaşlarımızın öz yurdlarına eyni statusda qayıtmasını da artıq danışıqlar masasında müzakirəyə gündəliyinə daxil edib. Proses uzansa və ya sürətlənsə də, Azərbaycanın məsələ ətrafında çox aydın və milli maraqlarımıza cavab verən mövqeyi formalaşıb. Bu istiqamətdə Azərbaycanın hər hansı bir güzəştli addım atacağını düşünmürəm".
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində son zamanlar ABŞ-la Qərbin tələsdikləri hiss olunur. Qərb tərəflər arasında tez bir zamanda sülhün əldə edilməsinə çalışır. Onun nəticəsidir ki, ABŞ rəsmilərinin bölgəmizə səfərləri xeyli artıb.
Rüfət Sultan