Xəbər Lenti
Bugün, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dün, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
28-06-2026, 09:43
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Almaniya kanslerinin ofisi yaxınlığında bıçaqlanma, yaralılar var
Berlində Federal Kansler Ofisinin yaxınlığında bıçaqlanma baş verib, nəticədə 4 nəfər yaralanıb.
“Qafqazinfo” “Bild” nəşrinə istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında Qustav Hayneman körpüsünün yaxınlığında - kanslerin iqamətgahına çox yaxın olan Şpreeboqen parkında qeydə alınıb.
Məlumata görə, ağır xəsarətlər alan 4 nəfər xəstəxanaya yerləşdilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs Berlin mərkəzi stansiyasının yaxınlığında saxlanılıb.
Bildirilir ki, insidentin səbəbi dava olub. Daha dəqiq motivlər hələlik məlum deyil.



















































