Xəbər Lenti
Bugün, 10:14
Bonn görüşlərində gərgin müzakirə: İki gündür gecikən gündəliyin təsdiqi necə reallaşdı?
Bugün, 09:41
İlham Əliyev Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarına müraciət ünvanlayıb
Dün, 10:02
“McDonald’s Azərbaycan” yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib
16-06-2025, 10:58
Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?
15-06-2025, 09:44
15 iyun – Milli Qurtuluş Günü yalnız keçmişə qayıdış deyil, gələcəyə inamın və Azərbaycanın əbədi varlığının simvoludur.
15-06-2025, 08:17
“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”
14-06-2025, 17:07
Əlləri və baxışları ilə danışan məzunlar – İnternat məktəbinin duyğusal “Son zəng”i – REPORTAJ
Emin Əmrullayevin əmri QHT sədrinin 20 minlik yalanını üzə çıxardı - Hökm oxundu
"Yeni Baxış" İctimai Nəzarət Təşkilatının sədri Şahvələd Əsgərova hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Şahvələd Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib.
O, Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunda metodist vəzifəsində işləyən Ülviyyə adlı qadından 20 min manat alaraq, vəzifəyə təyin etdirəcəyinə söz verib. Təşkilat sədri 2022-ci ildə qadından əvvəlcə 200 min manat istəyib və daha sonra 20 min manat alaraq, onu Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri təyin etdirəcəyini bildirib. Nazir Emin Əmrullayev sözügedən idarəyə rəis əvəzi təyin etdikdən sonra Ülviyyə QHT sədri tərəfindən aldadıldığını başa düşüb və pulunu geri istəyib.

Şahvələd Əsgərov vəzifəyə getmək istəyən qadını daha sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunun müdiri təyin etdirəcəyinə inandıraraq, bir müddət onun hüquq-mühafizə orqanlarına şikayət etməsinin qarşısını ala bilib. Sonda aldadıldığını başa düşən Ülviyyə hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında təqsirləndirilən şəxs 9 yanvar tarixdən 11 yanvar 2024-cü il tarixinə kimi şübhəli şəxs qismində həbsdə saxlanılıb.
Zərərçəkmişə dəyən ziyan qaytarıldığı üçün Şəki Ağır Cinayətlər Məhkəməsi 1963-cü ildə Gədəbəy şəhərində doğulmuş Şahvələd Əsgərovu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkəcək.
Qeyd edək ki, hazırda Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası Mahmudova Günay Rasim qızıdır. Şəki rayonu üzrə təhsil sektorunun müdiri isə Cəbiyev Zamik Namiq qızıdır.
Aydın