Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
“Xəbər verdilər ki, onun ölüm günündə oynayacağıq” - Qurban Qurbanov

“Mənə xəbər verdilər ki, Maradonanın ölüm günündə oynayacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliyada “Napoli” ilə keçiriləcək UEFA Çempionlar Liqasının 5-ci tur matçından öncə mətbuat konfransında deyib.
“Qalib gəlmək üçün çox güc sərf edəcəyik. Həmçinin Antonio Kontenin qələbə qazanaraq bunu Maradonaya həsr etmək istədiklərini deməsini də oxudum.
Bu, həm bizə, həm də onlara əlavə motivasiyadır.
Sabah sanki hamı Maradonanın anım gününə fokuslanıb. Çox diqqətli və əzmkar olmalıyıq. Yaxşı çıxış etmək üçün şansımız var. Çox səy göstərməliyik. Hiss edirəm ki, Neapol təmsilçisi sabah Maradonanın ildönümünə görə qələbə qazanmaqda israrlıdır.
Buna xüsusi diqqət yetirmişik. Adətən, böyük komandalara qarşı oynayarkən statistikaya çox əhəmiyyət vermirik. “Napoli” böyük komandadır və əla məşqçisi, eləcə də möhtəşəm azarkeşləri var. Onlar bu il öz meydanlarında uduzmayıblar”.





















































