Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Canpolad həbsxanadan necə çıxıb? - Ötən il də müəllimi bıçaqlamışdı
Sentyabrın 5-də Tovuzda kütləvi dava olub. Rayonun Məşədilər kənd sakini 1988-ci il təvəllüdlü Canpolad Xanmirzəyev Çapay oğlu və 2000-ci il təvəllüdlü Səfərov Samir Elburus oğlu aralarında yaranmış şəxsi münasibətlər zəminində Məmmədov Xalid Məhəmməd oğlu və 1993-cü il təvəllüdlü İsmayılov Aqil Yusifəli oğluna bıçaqla çoxsaylı bədən xəsarətləri yetiriblər. Hazırda faktla bağlı araşdırma aparılır.
“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, bıçaqlanmanın əsas iştirakçılarından olan Canpolad Xanmirzəyev hələ ötən il aprelin 22-də eyni əmələ görə həbs olunubmuş. O, həmin hadisədə müəllim olan 1989-cu il təvəllüdlü Elsevər Alıyevi bıçaqlayıb.
Köhnəqala kəndindəki çayxanada başlayan mübahisə nəticəsində C. Xanmirzəyev E.Alıyevə döş qəfəsinin sağ ön səthinin və sol qoltuq altı nahiyənin kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirib. Həmin vaxt C.Xanmirzəyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) ittiham irəli sürülmüşdü.
Bu ilin avqustunda isə Gəncə Ağır Cinayətlər Məhkəməsi onun barəsində ittihamedici hökm çıxarmışdı. Köhnəqala kənd sakinlərindən birinin iddiasına görə, C. Xanmirzəyev bir il həbsdə qaldıqdan sonra azadlığa çıxıb.
“Bir də gördük ki, qəfil kənddə peyda oldu. Ailədə iki övlad olublar. Qardaşı rəhmətə gedib. Daima kənddə ətrafdakılara təhlükə yaradıb, mübahisələrin içində olub. Sonuncu hadisə də avtoritetlik üstündə olub. Bıçaqladığı şəxslərə “bura mənim ərazimdir” deyə hədə-qorxu gəlib. Bundan sonra onlar arasında mübahisə yaranıb. Ardınca onlar maşında əyləşərkən hər iki şəxsi bıçaqlayıblar. Bizə hələ də qəribə gəlir ki, o, həbsxanadan necə azad olunmuşdu?..” - deyə kənd sakini bildirib.
***
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Canpolad Xanmirzəyev və Samir Səfərov saxlanılaraq istintaqa təhvil veriliblər.























































