Ağdərədə itkin düşmüş şəhid İbrahimov Sahil Nurəddin oğlu Əmircan qəsəbəsi Şəhidlər xiyabanında dəfn edildi
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir
İmişli rayonunda 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
Mikayıl Cabbarov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
"Cahan" Şirkətlər Qrupu 1 İyun Uşaqlar Günündə şəhid ailələrinin övladlarını unutmadı
NADİR MƏMMƏDLİ - 65
Şəxsiyyəti saflıq, dürüstlük mücəssəməsi, məslək-məramı xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş ünlü aydın, tanınmış naşir, filologiya elmləri doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədlini dünyaya gəldiyi gün (19 sentyabr), ömür təqviminin 65 illiyi münasibətilə təbrik edir və qayəsi, əməl aynası işıqlı dostuma on beş il öncə yazdığım ithaf şeirimi bu günün ovqatı ilə süsləməklə könül ziyarəti olaraq ünvanlayıram.
Sorağa çıxanda əzəli, ilki,
Hamımız bir evin sakini sanki.
Qayəndə dünyanın ovqatı, dərki,
Məramın ki bəlli, Nadir Məmmədli!
Bir üzü tunc dünya, bir üzü ipək,
Gah sevinc bəxş edir, gah da ki göynək.
Yaxşılığa yaxın deyən bir köynək..
Əməlin ki bəlli, Nadir Məmmmədli!
Duruldun bir bulaq duruluğundan,
Qovruldun bir budaq qırılmağından,
Yoğruldun bir ocaq qığılçımından,
Xilqətin ki bəllli, Nadir Məmmədli!
Ömrün şəfəqidir şirin arzular,
Bəzən şaxta vurar, bəzən yaz olar.
Ömür bir kitabdır hər an yazılar,
Diləyin ki bəlli, Nadir Məmmədli!
Söz də ilmə-ilmə gəlir dilimə,
Çıraqdır deyiblər alim aləmə.
Sən tale yolunu bağladın elmə,
Altmış beşin bəlli, Nadir Məmmədli!
Tapdıq ƏLİBƏYLİ