Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:18

Bu gün imtahan var

FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

24 Eyl 07:18Manşet / İdman

“Mançester Siti”dən 100 milyonluq təklif

 

“Mançester Siti” Almaniya millisinin və “Bavariya” klubunun oyunçusu Camal Musialanı heyətinə cəlb etmək istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Team Talk” məlumat yayıb.

Bildirilib ki, Premyer Liqa təmsilçisi 21 yaşlı ulduz üçün Almaniya klubununa 100 milyon avroluq təkliflə müraciət edəcək.

Musialanın Bundesliqa klubunda müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.

Qeyd edək ki, “Bavariya” Camal Musialanı 2019-cu ilin yayında “Çelsi” akademiyasından transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı transfer qiyməti 130 milyon avrodur.