Menu
Xəbər Lenti
20° şaxta olacaq
Bugün, 10:39

20° şaxta olacaq

Neftimiz ucuzlaşdı
30-12-2025, 08:50

Neftimiz ucuzlaşdı

Bayram günlərinin havası
30-12-2025, 08:12

Bayram günlərinin havası

25 Eyl 07:25Manşet / Kriminal

Polisə müqavimət göstərən şəxsə atəş açıldı

 

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərərək qaçmağa cəhd edib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, sentyabrın 24-ü gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Əlizadə Fərid saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə saxlanılıb. Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib.

Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan heroin aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.