Xəbər Lenti
Bugün, 09:03
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
Bugün, 08:38
Klublararası dünya çempionatı: PSJ "Bavariya" ilə, "Borussiya Dortmund" "Real Madrid"lə üz-üzə
Bu rayonlara yağış yağıb
Bu günə olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Beyləqan, Qaxda (Sarıbaş) 7 mm, Ağdamda 6 mm, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Tovuz, Şəkidə (Kişçay) 3 mm, Balakən, Şəmkir, Zaqatala, İsmayıllı, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Daşkəsəndə 2 mm-dək olub.
Qrız, Cəfərxan, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.