Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Assanj AŞPA-da çıxış edəcək

“Wikileaks”in qurucusu Culian Assanj oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsində çıxış edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “WikiLeaks” “X” sosial şəbəkə hesabında məlumat dərc edilib.
O, Komitənin üzvləri qarşısında həbsxanada saxlanma şəraiti barədə danışacaq.
Bildirilir ki, Assanj siyasi məhbuslar üzrə məruzəçi Sünnə Evarsdottirin hesabatını dərc etdikdən sonra AŞPA-ya çağırılıb. Sənəddə Assancın siyasi məhbus olduğu bildirilir və Britaniya hakimiyyəti “WikiLeaks”in təsisçisinin qeyri-insani rəftara məruz qalıb-qalmamasını araşdırmağa çağırır.
Bu, onun həbsdən azad edildikdən sonra ilk ictimai çıxışı olacaq.
Qeyd olunur ki, Assanc AŞPA Komitəsi qarşısında çıxışında onun həbsinin siyasi motivli olub-olmadığı barədə nəticə çıxarmağa imkan verəcək sübutlar verəcək.
Xatırladaq ki, ABŞ-də Assanc ABŞ tarixində ən böyük məxfi məlumat sızmalarından biri ilə bağlı cinayətlərdə ittiham olunub. O, 2019-cu ildə həbs olunub. Bu ilin iyunun 26-da “WikiLeaks”in qurucusu ABŞ prokurorları ilə razılığa gəldikdən və günahını qismən boynuna aldıqdan sonra Britaniya həbsxanasından azad edilib.






















































