Menu
Xəbər Lenti
Messi MLS tarixinə düşdü
20-10-2024, 10:04

Messi MLS tarixinə düşdü

Tağı Əhmədov vəfat etdi
19-10-2024, 08:25

Tağı Əhmədov vəfat etdi

Tələbə qəfil vəfat etdi
18-10-2024, 08:36

Tələbə qəfil vəfat etdi

HƏMAS-ın yeni lideri o oldu
18-10-2024, 08:20

HƏMAS-ın yeni lideri o oldu

Bəzi yerlərə leysan yağır
16-10-2024, 07:56

Bəzi yerlərə leysan yağır

21 Ekm 07:20Manşet / Kriminal

Tanınmış fitnes zalının sahibi bıçaqlandı

 

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən “Pubar” iaşə obyektində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü İsmayılov Fərid Vahid oğlu sözügedən obyektdə idman dərsi keçdiyi tələbəsinin döyüldüyü üçün qarşı tərəfə iradını bildirib.

Hələlik naməlum şəxs F.İsmayılovun əvvəlcə başına şüşə butulkanı çırpıb. Daha sonra bıçaqla ona xəsarət yetirilib. Ağır xəsarətlər alan F.İsmayılov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstə yerləşdirildiyi tibb müəssisəsində əməliyyat edilib. Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Fərid İsmayılov uzun müddətdir ki, müxtəlif idman zallarında idman təlimçisi kimi işləyir. Nərimanov rayonunda onun özünə məxsus “Lux” idman zalı var.