Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
İsrail Səfirliyi Bakı Caz Festivalı 2025-də mədəni əlaqələrin gücünü nümayiş etdirdi
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
Botanika İnstitutu ilə Tumen Dövlət Universiteti arasında memorandum imzalanıb

Xezertv.info xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Tumen Dövlət Universitetinin birinci prorektoru Andrey Viktoroviç Tolstikov ETN Botanika İnstitutunun qonağı olub. Səfər çərçivəsində təşkil olunan işgüzar görüşün məqsədi Botanika İnstitutu ilə əməkdaşlıq imkanlarının müzakirəsi və memorandumun imzalanması olmuşdur.
Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva görüş zamanı qonağa Botanika İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında məlumat verib və əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub. Qonaq Ínstitutun elmi fəaliyyətini yüksək qiymətləndirərək qarşılıqlı kadr və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Alim İnstitutun Herbari Fondunda olub, herbari nümunələrin saxlanılma şəraiti və aparılan müasir istiqamətli işlərlə maraqlanıb.
Səfər müddətində Tumen Dövlət Universiteti və AR ETN Botanika İnstitutu arasında elmi tədqiqat işlərinin aparılmasına dair memorandum imzalanıb.
Memoranduma əsasən elm və təhsil sahəsində əməkdaşlıq, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, yeni texnologiyaların tətbiqi, layihələrin və s. həyata keçirilməsi nəzərdə tutulub. Sənəd yeni elmi istiqamətlər üzrə gənc kadrların hazırlanması üçün əhəmiyyətli olacaq.



























































