Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

19 Kas 09:19Manşet / İqtisadiyyat

Gələn ilin büdcəsinin gəlir və xərcləri bu qədər artacaq

gelen-ilin-budcesinin-gelir-ve-xercleri-bu-qeder-artacaq

“2025-ci ilin dövlət büdcəsində əsasən insanların rifahının daha da yaxşılaşdırılması öz əksini tapıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

“Hər bir büdcənin uğurları ilə yanaşı, onun vacib göstərişlərindən biri də odur ki, hökumətin başlıca prioritetlərini özündə ehtiva etsin. Növbəti ildə Azərbaycan hökumətinin əsas prioritetləri dövlət təhlükəsizliyinin, iqtisadiyyatın daha da möhkəmləndirilməsi və vətəndaşların rifahının daha da yaxşılaşdırılması ilə əlaqədardır. Hər bir büdcənin başlıca xüsusiyyətləri onun böyüməsi ilə əlaqədar deyil, insanlara nə vəd etməsi ilə səciyyələnir.

Gələn ilin dövlət büdcəsinin gəlirlərinin 5.3%, xərclərin isə 4%-dən çox artması nəzərdə tutulub”, - deyə Ə. Əhmədov bildirib.

Nuranə Daxilqızı