QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Yaşar Gülər Bakı ilə İrəvan arasındakı sülh prosesindən danışdı

“Türkiyə daim dostlarının yanındadır. Bu çərçivədə, ən başda can qardaşımız Azərbaycanın hər zaman yanında olduq və olmağa davam edirik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komissiyasında keçirilən büdcə müzakirələri zamanı deyib.
Nazir Qafqazda regional sülh və sabitliyin Azərbaycan-Ermənistan arasında imzalanacaq hərtərəfli sülh müqaviləsi ilə təmin olunacağını vurğulayıb.
“Azərbaycan və Ermənistanın göstərdiyi səyləri və son vaxtlar əldə etdikləri irəliləyişi məmnuniyyətlə qarşılayırıq. Bir daha vurğulamaq istəyirəm ki, Qafqazda sabitlik Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişi vasitəsilə əldə olunacaq. Bu məsələdə iki ölkənin göstərdiyi səyləri və son dövrdə əldə etdikləri irəliləyişi məmnuniyyətlə qarşılayırıq. Bundan sonra da “bir millət, iki dövlət” anlayışı ilə hər zaman can Azərbaycanın yanında olacağıq”, - Y.Gülər qeyd edib.























































