Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Cənubi Koreya yenə qarışdı - Polis Prezident Ofisinə basqın etdi

Cənubi Koreya polisi ölkə başçısı Yun Sok Yolun Prezident Ofisinə basqın edib, axtarış aparır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, söhbət hərbi vəziyyət hadisələrinin araşdırılması üçün yaradılmış xüsusi istintaq qrupundan gedir.
Belə ki, ölkə prokurorları prezidentin ölkədə hərbi vəziyyət tətbiq etməsi ilə bağlı araşdırmalara başlayıb.
Xüsusi İstintaq Qrupu Prezident Ofisinə, Milli Polis Agentliyinə, Seul Polis Agentliyinə və Milli Assambleyanın Təhlükəsizlik Xidmətinə basqın keçirib.
Məlumata görə, Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs edilib.
Ölkə mediası yazır ki, Cənubi Koreyanın keçmiş müdafiə naziri, istefadan bir müddət sonra vətənə xəyanətdə şübhəli bilinərək həbs edilən Kim Yong-Hyun həbsxanada intihara cəhd edib. Hazırda sabiq müdafiə nazirinin səhhətinin normal olduğu deyilir.
Məlumata görə, Kim Yong-Hyun Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan etməyi tövsiyə edib.























































