Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 10:55

Hidayət Orucov vəfat etdi

TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

11 Ara 06:35Manşet / Dünya

Cənubi Koreya yenə qarışdı - Polis Prezident Ofisinə basqın etdi

cenubi-koreya-yene-qarisdi

Cənubi Koreya polisi ölkə başçısı Yun Sok Yolun Prezident Ofisinə basqın edib, axtarış aparır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, söhbət hərbi vəziyyət hadisələrinin araşdırılması üçün yaradılmış xüsusi istintaq qrupundan gedir. 

Belə ki, ölkə prokurorları prezidentin ölkədə hərbi vəziyyət tətbiq etməsi ilə bağlı araşdırmalara başlayıb.

Xüsusi İstintaq Qrupu Prezident Ofisinə, Milli Polis Agentliyinə, Seul Polis Agentliyinə və Milli Assambleyanın Təhlükəsizlik Xidmətinə basqın keçirib.

Məlumata görə, Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs edilib.

Ölkə mediası yazır ki, Cənubi Koreyanın keçmiş müdafiə naziriistefadan bir müddət sonra vətənə xəyanətdə şübhəli bilinərək həbs edilən Kim Yong-Hyun həbsxanada intihara cəhd edib. Hazırda sabiq müdafiə nazirinin səhhətinin normal olduğu deyilir.

Məlumata görə, Kim Yong-Hyun Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan etməyi tövsiyə edib.