Menu
Xəbər Lenti
Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

28 Ara 08:49Manşet / Şou-biznes

“Cülyetta” vəfat etdi

culyetta-vefat-etdi

“Romeo və Cülyetta” filmində “Cülyetta” obrazını canlandıran məşhur aktrisa Oliviya Hassi dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, 73 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Aktrisanın rəsmi instaqram hesabında onun sevdiklərinin əhatəsində öldüyü bildirilib.

Qeyd edək ki, Hassi süd vəzi xərçəngindən əziyyət çəkib. Ona ilk dəfə bu diaqnoz 2008-ci ildə qoyulub.

Aktrisa, həmçinin “Jesus of Nazareth” mini serialında, “Qara Milad” və “Nildə Ölüm” filmlərində rol alıb. Hassi “Romeo və Cülyetta” filmində rol aldığı zaman onun 15 yaşı olub.