Gəncədə “Xoşbəxtliyin Qiyməti” – Qələbənin 5-ci ildönümünə həsr olunmuş təsirli teatr gecəsi
Tüklə kəndində Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir – Şəhidlər Parkı və Abidə Kompleksinin açılışı baş tutdu
Yolların abadlığı, xidmətin keyfiyyəti – “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fədakar əməyi
“Dövlətin yaratdığı imkanlardan bəhrələnib sərvət yığanları görəndə insanı dəhşət bürüyür”
"Art Weekend"nçərçivəsində "Nəfəs-söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirildi
“Orduda qadınların potensialından istifadə etməliyik” - Paşinyan

“Qadınların hərbi xidmətə cəlb olunması prosesləri çox ləng gedir, bəzən heç getmir”.
“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Çətinliklərin olduğu aydındır. Amma etiraf etməliyik ki, əhalimizin əksəriyyətini qadınlar təşkil edir. Əgər onların potensialından tam istifadə etməsək, o zaman ölkəmizin inkişaf yolunu bağlayacağıq”, - Paşinyan deyib.
Baş nazir müdafiə naziri Suren Papikyandan orduda xidmət edən qadınlara dair sual verib. Papikyan suala belə cavab verib: “Hərbi xidmətə könüllü getməyə razı olmayan bir nəfər də olsun çağırış olmayıb. Hər çağırış üçün ən azı 2 nəfərimiz var və onların əksəriyyəti xidmətini davam etdirir”.
Cavabında Paşinyan vurğulayıb: “Ancaq bizə həndəsi irəliləyiş lazımdır, ən azı 50-100 nəfərlik göstəriciyə çatmalıyıq”.






















































