Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK!
Bugün, 08:45

TƏBRİK EDİRİK!

Kamran Əliyevdən tövsiyə
20-01-2025, 09:37

Kamran Əliyevdən tövsiyə

Qubada 17 sm qar yağdı
20-01-2025, 09:26

Qubada 17 sm qar yağdı

Xəzərdə zəlzələ oldu
20-01-2025, 09:18

Xəzərdə zəlzələ oldu

Hakan Fidan Bakıya gəldi
18-01-2025, 08:33

Hakan Fidan Bakıya gəldi

23 Ock 07:13Manşet / İqtisadiyyat

SOCAR-ın “Yaşıl” istiqrazları “ABB mobile”​ tətbiqində

socar-in-yasil-istiqrazlari-abb-mobile-tetbiqinde

ABB özünün törəmə müəssisəsi olan “ABB İnvest” şirkəti vasitəsilə daha bir investisiya fürsətini “ABB mobile”​ tətbiqi üzərindən əlçatan edib. Artıq SOCAR-ın “Yaşıl” istiqrazlarını da “ABB mobile”​ tətbiqi vasitəsilə, heç yana getmədən, əvvəldən sona tam rəqəmsal təcrübə ilə, cəmi bir neçə toxunuşla və komissiyasız əldə etmək olar.

SOCAR-ın “Yaşıl” istiqrazlarının buraxılışına 15 yanvar 2025-ci il tarixindən start verilib. Emissiyanın ümumi məbləği 200 milyon ABŞ dollarıdır. İstiqrazların sayı 200 min ədəd, hər birinin nominal dəyəri 1 000 ABŞ dollarıdır.

Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. “Yaşıl” istiqrazları əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir.

İnvestorlar bu tarixə qədər “ABB mobile”​ vasitəsilə sifarişlərini yerləşdirərək SOCAR-ın “Yaşıl” istiqrazlarını əldə edib investisiya imkanlarından faydalana bilərlər.

“Yaşıl Gəlir, Yaşıl Gələcək” devizi ilə buraxılmış istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait “SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək. Bu baxımdan, SOCAR-ın “Yaşıl” istiqrazları vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, ölkəmizin "Yaşıl enerji" sahəsindəki təşəbbüslərini də dəstəkləyir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.