Xəbər Lenti
12-12-2025, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12-12-2025, 08:58
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Azərbaycan millisinin kapitanı narkotikə qurşanıb, görün nə hala düşüb

Həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İranə Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub.
Bu barədə tanınmış bloger Nail Kəmərli sosial şəbəkədə paylaşım edib.
İdman ustası, "Azəryol" və ABU klublarınında üzvü olan 33 yaşlı həndbolçu 4 ildir narkotik maddələr qəbul etdiyini bildirib. Düşdüyü vəziyyətə görə peşman olan Yaqubova qadınlar üçün reabilitasiya mərkəzində bərpa prosesi keçəcək.
O, sağlam həyata qayıtdıqdan sonra idmana dönmək arzusunda olduğunu da bildirib.
Qeyd edək ki, İranə Yaqubova hücumçu mövqeyində çıxış edib. O, gənc yaşlarında sərgilədiyi oyunla ulduzlaşıb. Hətta Avropa "Challenge Cup" turnirnin bombardilərindən də olub.//publika.az






















































