Xəbər Lenti
1-02-2025, 18:32
Könül Nəbizadə - Kiberhücuma məruz qalmamaq üçün şəxsi məlumatlarınızın konfidensiallığını qoruyun
1-02-2025, 17:39
“Shirvan Operating Company Ltd” Şirkəti 2 Fevral Gənclər günü münasibəti ilə tədbir keçirib.
1-02-2025, 17:23
Qərbi Azərbaycan İcması Sumqayıt şəhəri üzrə nümayəndəlikdə "Amasiya igidləri 44 günlük Vətən Müharibəsində" kitabının təqdimatı keçirildi.
31-01-2025, 07:34
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi
30-01-2025, 09:54
"The Times" təhlükəli senari barədə xəbərdarlıq etdi: "Ukrayna Trampın vecinə deyil"
Zelenski müharibənin sona çatması ilə bağlı danışıq masasında kimləri görmək istəyir?
Ukraynadakı müharibənin sona çatması ilə bağlı danışıqlarda yalnız ABŞ, ukraynalılar və ruslar deyil, həm də Avropa İttifaqının nümayəndələri iştirak etməlidir.
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "The Associated Press" agentliyinə verdiyi müsahibədə bildirib.
Zelenskinin sözlərinə görə, prezidentliyə namizədliyini irəli sürərkən Trampla etdiyi ilk telefon danışığında, əgər Tramp qalib gəlsə, müharibənin bitməsi üçün lazım olan addımları müzakirə etmək məqsədilə görüşəcəkləri barədə razılaşıblar. Lakin Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun planlaşdırılan səfəri "hüquqi səbəblərlə" təxirə salınıb.
"Əvvəlcə, məncə, onunla görüşməliyik, bu vacibdir. Və bu, əslində, Avropanın hamısının istədiyi şeydir", - deyə Zelenski bildirib.
Trampla danışıqdan sonra, prezidentin sözlərinə görə, "ruslarla danışıq üçün hansısa bir formatda irəliləmək" lazımdır:
"Və mən istəyərdim ki, danışıqlarda Amerika Birləşmiş Ştatları, Ukrayna və ruslar iştirak etsin... Və açıq desəm, Avropa İttifaqının səsi də orada olmalıdır. Düşünürəm ki, bu ədalətli və effektiv olardı. Amma bunun necə nəticələnəcəyini bilmirəm".
Zelenski həmçinin Putin üçün müharibəyə "nəzarət" etməyə icazə verilməməsi barədə xəbərdarlıq edib.
Ukraynadakı müharibənin sona çatması ilə bağlı danışıqlar əvvəlcə mətbuatda Avropada ABŞ-ın Ukraynada müharibənin sona çatması ilə bağlı Kiyevə zərər verəcək bir razılaşma hazırlayacağı və Avropa İttifaqı ölkələrinin yalnız müharibədən sonrakı maliyyələşdirmə və zəmanət verən kimi istifadə olunacağı barədə narahatlıqların artdığı bildirilmişdi. Həmçinin, prezident Volodimir Zelenski ABŞ və Rusiya arasında müharibə barədə danışıqlardan Ukraynanın kənarlaşdırılmasının "çox təhlükəli" olacağını qeyd edib.
Alpər