Menu
Xəbər Lenti
03 Şub 05:04Manşet / İdman

Kantenin "Fənərbağça"ya keçidinə razılıq verildi

Kantenin Fənərbağçaya keçidinə razılıq verildi

Nqolo Kante ilə "Fənərbağça" klubu arasındakı transfer danışıqları tamamlanıb.

Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

* "Fənərbağça" hücumçusunu Kante ilə dəyişdirməyə hazırlaşır

Səudiyyə Ərəbistanı Pro Liqa rəhbərliyi Yusif En-Nesirinin "Əl-İttihad"a, Nqolo Kantenin isə "Fənərbağça"ya transferinə razılıq verib.

Bu razılaşma çərçivəsində "Əl-ittihad" Yusif En-Nesiriyə görə "Fənərbağça"ya transfer haqqı ödəyəcək və Kante komandaya qoşulacaq.