Menu
Xəbər Lenti
02 Şub 17:36Manşet / Gündəm / Sosial

"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib

 

2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin və üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib. Gənclər dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkilatın fəaliyyətində aktivlik göstərən üzv gənclərin, Qayıdış Könüllülərinin və Təcrübə Proqramının iştirakçılarının təltifetmə mərasimi keçirilib.


Mərasimdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri İsmayıl Süleymanov və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədr vəzifəsini müvəqqəti icra edən Hikmət Qaffarov çıxış edərək, hər il ölkəmizdə təntənəli surətdə Azərbaycan Gəncləri Günü kimi qeyd edilən bu əlamətdar tarixin uzaqgörən siyasətçi, dahi lider Heydər Əliyevin adı ilə bağlı olmasını diqqətə çatdırıblar. Qeyd olunub ki, əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətinin əsas hədəflərindən biri gənclərin cəmiyyət həyatının bütün sahələrində aktiv iştirakını təmin etmək olub. Ümummilli Liderin layiqli siyasi varisi və davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hazırda gənclər siyasətini qətiyyətli və uğurlu şəkildə icra edir. Bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan gəncliyi Vətən müharibəsi dövründə istər ön cəbhədə, istər arxa cəbhədə, istərsə də informasiya müharibəsində aktiv şəkildə iştirak edərək gücünü göstərib. Həmçinin o da vurğulanıb ki, bu gün ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qalib xalqın gəncləri bu gün cəmiyyətimizin ən fəal hissəsi kimi ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. İşğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsində, əzəli torpaqlarımızda həyatın yenidən bərpa olunmasında və Böyük Qayıdış prosesində gənclərin aktiv iştirakı ilə bağlı gözləntilər də böyükdür. Təltiflərdən sonra tədbir yaradıcı gənclərin təqdimatında bədii hissə ilə davam edib.


Tədbirlər planına uyğun olaraq "Qayıdış Könüllüləri" Proqramının “Cəbrayıl Könüllüləri” qrupunun iştirakı ilə  Cəbrayıl şəhərində yerləşən Mehdi Mehdizadə adına tam orta məktəbdə intellektual yarış keçirilib. Baş tutan yarış zamanı iştirakçılar müxtəlif sualları cavablandıraraq məntiqi düşünmə və komanda işi bacarıqlarını nümayiş etdiriblər. Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub, qaliblər isə mükafatlandırılıb.