Xəbər Lenti
7-06-2025, 09:12
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
7-06-2025, 09:02
Ermənistan MTX sərhəddə iki yeniyetmənin "oğurlanması" barədə şayiələri təkzib etdi
5-06-2025, 11:44
Adil Əliyevdən Araz Musayevin iddialarına cavab: "Ortada istintaqı yayındırmaq cəhdi var"
5-06-2025, 10:25
Şahin Seyidzadə: Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır
Kobaxidze: Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil
Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil.
"Report" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Euronews"ə müsahibəsində deyib.
"Rusiya ilə diplomatik əlaqələrimiz yoxdur. Rəsmi Moskva ərazi bütövlüyümüzü pozur. Abxaziya və Tsxinvali regionunun müstəqilliyinin tanınması səbəbindən diplomatik əlaqələrin bərpası müzakirə olunmur. Lakin biz praqmatik siyasət yürüdürük və bu, Rusiya ilə münasibətlərdə siyasətimizin əsas tərkib hissəsidir", - Kobaxidze deyib.
Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan Rusiya ilə ticarət və iqtisadi əlaqələri saxlayır.
"Ərazi bütövlüyü məsələsinə gəlincə, bu məsələni yalnız sülh yolu ilə həll etməkdən başqa alternativ yoxdur", - Kobaxidze vurğulayıb.