Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Son zamanlar Azərbaycanda yayılan xəstəliklərin adları açıqlandı

Son zamanlar Azərbaycanda uşaqlar və böyüklər arasında xəstəlik geniş vüsət alıb.
Xəstəliyin əsas simptomları soyuqdəymə, qızdırma, öskürək və s. əlamətlərdir. Hətta xüsusən bölgələrdə bu xəstəliklərdən ölüm halları da qeydə alınıb. Lakin bu simptomların hansı xəstəliyə aid olması məlum deyil.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq deyib ki, hazırda mövsümlə əlaqədar insanlar arasında fəsli qrip, digər kəskin respirator virus infeksiyaları, az da olsa yeni koronavirus infeksiyalarına rast gəlinir:
"Bunlar klinik seyrinə görə oxşardır və xüsusi laborator tədqiqatlar olmadan törədicini müəyyən etmək mümkün deyil. Sadalanan infeksiyalardan qrip uşaqlar arasında da yayılıb. Uşaqlar xəstəliyin ağır gedişinin və fəsadlaşmasının risk qrupuna daxildir. Qripin təhlükəsi və əlverişsiz nəticələri onun fəsadları ilə əlaqədardır. Ən çox görünən fəsadlardan pnevmoniya, orta qulağın iltihabı, meningit və ensefalit və digərləridir. Qripin bu xüsusiyyətlərini nəzərə alaraq sağlamlığında müəyyən problemlər olan uşaqlar birinci növbədə qripə qarşı peyvənd olunmalıdırlar”.






















































