İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
8 günlük getmişdilər, 8 ay sonra dönürlər

ABŞ Prezidenti Donald Tramp kosmosda qalan NASA astronavtları Buç Vilmor və Suni Uliyams haqqında açıqlamalar verib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Truth Social”da paylaşım edib.
O açıqlamasında Bayden administrasiyası tərəfindən utancverici şəkildə unudulduqdan sonra Beynəlxalq Kosmik Stansiyada (ISS) aylarla qalmaq məcburiyyətində olan astronavtları görmək üçün həyəcanlandığını qeyd edib:
“Baydenin kosmosda qalan astronavtlarını görmək üçün səbirsizlənirəm. Səkkiz gün davam etməli olan missiya üçün səkkiz aydan sonra vaxt yetişdi. Mən Buç və Suni ilə görüşməyi səbirsizliklə gözləyirəm”.
Tramp həmçinin əlavə edib ki, eniş çərşənbə günü gözlənilir.
Xatırladaq ki, keçən il “Starliner” kosmik gəmisi ilə sınaq missiyası üçün astronavtlar səkkizgünlük Kosmik Stansiyaya uçmuşdular.
Kosmik gəminin mühərrikində problemlər və yerləşdirmə zamanı aşkar edilən helium sızması missiya müddətinin 8 ay uzadılmasına səbəb olub.





















































